Sionist Yediot Aharonot qəzeti İsrail rejiminin İranın reaksiyasını yanlış qiymətləndirdiyini və bu rejimin səhv hesablamalarını etiraf edib.
Bu media orqanı sionist rejimdə daha bir kəşfiyyat uğursuzluğunu üzə çıxarıb və yazıb: İsrailin Dəməşqdə SEPAH komandirlərindən olan Məhəmməd Rza Zahidinin terror edilməsini yanlış qiymətləndirməsi bölgəni müharibə astanasına qoyub.
Bu sionist medianın xəbərinə görə, bu rejim ordusunun hərbi kəşfiyyat idarəsi siyasi hakimiyyətə yanlış təxmin verib ki, İran bu hücuma birbaşa və öz ərazisi daxilindən reaksiya verməyəcək.
Yediot Aharonot əlavə edib: Ordunun hərbi kəşfiyyat idarəsi İranın müttəfiqləri vasitəsilə şiddətli reaksiya verəcəyini və bu ölkənin birbaşa hərəkət etməyəcəyini təxmin etmişdi.
Sizin rəyiniz